BAT bəhreynli həkimin azad edilməsini istəyib
Beynəlxalq Amnistiya Təşkilatı Bəhreyn dövlətini edam olunmuş ərəbistanlı şiə ruhaninin himayədarı olan bəhreynli həkimi azad etməyə çağırıb.
Livanın Ələhd internet portalının məlumatına görə, Beynəlxalq Amnistiya Təşkilatı bir bəyanatda Ali-Xəlifə rejimindən ərəbistanlı mübariz ruhani Şeyx Nimir Baqir Əl-Nimirin edam edilməsini pisləmək səbəbindən məhbəsə atılmış bəhreynli həkim Səid Əl-Səmahicinin azadlığı üçün təcili tədbir görməsini istəyib.
Bu bəyanatda deyilir ki, Bəhreynin polis qüvvələri yanvarın üçündə Əl-Səmahicinin evinə basqın edərək, evi təftiş və onun bəzi maliyyələrini müsadirə ediblər.
Bu bəyanata görə, Bəhreynin təhlükəsizlik qüvvələri Əl-Səmahicinin həbs edilməsinin səbəbini Şeyx Nimiri dəstəkləməsi və Ali-Səudu təhqir etməsi elan ediblər, halbuki bu bəhreynli həkimin müdafiə vəkili yoxdur.
Beynəlxalq Amnistiya Təşkilatı bir daha Bəhreyn dövlətindən istəyibdir ki, söz azadlığı sahəsində dinc fəaliyyətləri cinayət bilən qanunları ləğv etsin.
Bəhreynin təhlükəsizlik qüvvələri ərəbisttanlı mübariz ruhani Şeyx Nimir Baqir Əl-Nimirin edam edilməsinə qarşı xalq etirazları dalğasının başlanmasından bəri bu ölkə vətəndaşlarından 35 nəfərdən çoxunu həbs ediblər.
Bəhreyn Daxili İşlər Nazirliyi təhdid edərək bildiribdir ki, Şeyx Nimirin edamına etiraz və ya bu haqda təhlil təqdim edəcək şəxsləri cəzalandıracaqdır.