7 bəhreynli həbs olunub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i205358-7_bəhreynli_həbs_olunub
Ali-Xəlifə rejimi Bəhreynin müxtəlif məntəqələrnə hücum edərək, yeddi bəhreynlini həbs edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 24, 2016 14:08 Asia/Baku
  • 7 bəhreynli həbs olunub
    7 bəhreynli həbs olunub

Ali-Xəlifə rejimi Bəhreynin müxtəlif məntəqələrnə hücum edərək, yeddi bəhreynlini həbs edib.

Bəhreyndə Əlləuləu telekanalının məlumatına görə, Ali-Xəlifə hərbçiləri bazar günü səhər tezdən Buri məntəqəsində əhalinin evlərinə basqın və iki nəfəri həbs ediblər.

Ali-Xəlifə hərbçiləri Əlduraz, Əlmusəlla və Ali məntəqələrində də əhalinin evlərinə soxularaq, beş gənci həbs ediblər.

Deyilənlərə görə, Bəhreynin təhlükəsizlik qüvvələri bu ölkənin bəzi məntəqələrində yerləşib və tam hazır vəziyyətə gəliblər.

Bəhreyn 2011-ci ildən Ali-Xəlifə rejiminə qarşı xalq etirazları səhnəsidir və bu rejim hərbçiləri Ərriyad və Əbu-Dəbinin köməyilə Bəhreyndə xalq etirazlarını yatırırlar.