Bəhreyn xalqı 14 fevral inqilabı ərəfəsində aksiya keçirib
Bəhreyn xalqı 14 fevral inqilabı ərəfəsində Ali-Xəlifə rejiminə qarşı aksiya keçirib.
Manama Post-un məlumatına görə, cümə axşamı günü axşam Ali şəhərində keçirilən bu aksiyanın iştirakçıları əllərində üzərlərində "Bəhreynli inqilabçıların qatilləri!" şüarı yazılmış plakatlar olub.
Bəhreyn xalqı bu aksiyada 14 fevral Bəhreyn inqilabının beşinci ildönümünü keçirməyə hazır olduğunu vurğulayıb.
Həmçinin onlarla bəhreynli müxtəlif şəhərlərdə, o sıradan Kan və Buri şəhərlərində aksiya keçirərək, hüquqi itaətsizlik aksiyasında iştiraka öz hazırlığını bildirib.
Bəhreyndə inqiabçı qruplar bu ölkənin xalq inqilabının ildönümü gününü qeyd etmək məqsədilə hüquqi itaətsizlik aksiyasında iştirak barədə çağırış veriblər.
Bəhreyn xalqı 2011-ci ilin 14 fevralından bəri Ali-Xəlifə rejiminin siyasətlərinə etiraz edərək, bu ölkədə azadlıq, ədalət, ayrı-seçkiliyin aradan götürülməsini istəyir.
Bu tələblər Bəhreyn rejiminin Ərəbistan daxil olmaqla bəzi ərəb ölkələrinin əlbirliyi əsasında olan repressiyaları ilə üzləşibdir.