İsrail hərbçiləri daha bir fələstinlini şəhid ediblər
-
İsrail hərbçiləri daha bir fələstinlini şəhid ediblər
Sionist rejim hərbçiləri fələstinli bir gənci güllələyərək, şəhid ediblər.
Fələstinin əl-Əqsa informasiya kanalının verdiyi məlumata görə, sionist rejim hərbçiləri bu gün Qərb Sahilində Qəsa Zyab Əbülrəb adlı fələstinli bir gənci anti-sionist əməliyyata cəhd etmək bəhanəsi ilə güllələyərək, şəhid ediblər.
Bu fələstinli gənc, sionist rejim hərbçilərinin təcili yardım maşınına hadisə yerinə yaxınlaşmaq icazəsi vermədiyi üçün, qanaxma nəticəsində həyatını itirib.
Əl-Əqsa Məscidinə edilən hörmətsizliklərə etiraz olaraq başlayan Qüds İntifazəsi artıq 5-ci aya daxil olub.
İsrail hərbçiləri Qüds İntifazəsinin başlanmasından bəri 180 fələstinlini şəhid edib, çoxlu sayda fələstinlini də yaralayıb və həbs ediblər.
Fələstin əl-Yəum informasiya kanalı da İsrail mənbələrinə istinadla bildirib ki, fələstinlilərin sionistlərin cinayətlərinə cavab olaraq həyata keçirdikləri əməliyyatların davamında bir fələstinli gənc soyuq silah ilə bir İsrail hərbçisini işğal altında olan əl-Xəlil şəhərinin şərqində, Kəriyat Ərbə qəsəbəsində yaralayıb.
Bu məlumata görə, İsrail hərbçiləri bu gənc fələstinliyə tərəf atəş açıblar. Amma, indiyə kimi onun taleyi ilə bağlı dəqiq məlumat mövcud deyil.
Bəzi mənbələr də bildirirlər ki, İsrail hərbçiləri bu fələstinli gənci yaraladıqdan sonra, onu həbs ediblər.
Ötən ilin oktyabr ayının əvvəllərindən indiyə kimi fələstinlilərin sionistlərə qarşı müqavimət əməliyyatları zamanı 32 İsrail hərbçisi və sionist qəsəbə sakini ölüb, 300-dən artıq sionist isə yaralanıb.