Mart 02, 2016 10:52 Asia/Baku
  • Seyid Həsən Nəsrullah: Ərəbistan Livanda böhranın səbəbkarıdır
    Seyid Həsən Nəsrullah: Ərəbistan Livanda böhranın səbəbkarıdır

Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah Səudiyyə Ərəbistanını Livanda böhran yaratmaq məqsədilə bu ölkəyə siyasi hücumlar etməkdə suçlayıb.

İRİB-in məlumatına görə, Seyid Həsən Nəsrullah çərşənbə axşamı gecə öz çıxışında əlavə edib: Səudiyyəlilər Livan ordusuna maliyyə yardımlarını dayandırdıqdan sonra bu ölkədə və regionda səudiyyəlilər və Fars körfəzinin ətrafındakı bəzi ölkələr tərəfindən irimiqyaslı siyasi və media hücumlarının şahidi idik.

Livan Hizbullahının baş katibi əlavə edib: Siyasi və media hücumlarının artması Livanı siyasi və media baxımından güclü böhrana saldı və bəzi səudiyyəli şəbəkələr də Hizbullah əleyhiə çox təhqiramiz proqramlar yaymağa başladılar.

Lİvanın siyasi və təhlükəsizlik vəziyyətini açıqlayan Seyid Həsən Nəsrullah deyib: Səudiyyəlilərin hücumlarının gücləndiyi bir vaxtda bir neçə məsələ və iddia irəli sürüldü. Bu iddialardan biri Hizbullahın şiə və sünni arasında fitnə ardınca olması idi. Ərəbistan və fars körfəzinin bəzi ərəb ölkələri öz vətəndaşlarının Livana səfərinə mane oldular və öz vətəndaşlarından bu ölkəni tərk etmələrini istədilər, başqa bir məsələ isə Hizbullah əleyhinə yalan xəbərlərin yayılması idi.

Seyid Həsən Nəsrullah sözlərinin digər bir hissəsində Ərəbistan və İsrailin müştərək məqsədlərinə toxunaraq deyib: Ərəbistanın regiondakı planı fitnə yaratmaqdır və bu, İsrailin də fitnəsidir. Biz islam simvollarına istənilən hörmətsizliyi pisləyirik. Bu təkcə səhv deyil, həm də günahdır. İslam simvollarına hörmətsizlik fitnə üçün ən təhlükəli variantdır və bəzi qruplar ABŞ, Ərəbistan və İsrailin dəstəyi ilə bu işi edirlər.

Livan Hizbullahının baş katibi həmçinin bildirib: Hizbullah təklikdə mübarizə və müqavimət göstərmək potensialına və hazırlığına malikdir və müttəfiqlərimizin heç birindən özlərini çətin vəziyyətdə qoymalarını istəmirik. Fars körfəzinin ərəb ölkələrində Livan və livanlılara qarşı həyata keçirilən bütün hərəkətlər yalnız Hizbullahı hədəfə almışdır. Biz məsuliyyəti qəbul edir və öz mövqeyimizdə möhkəmik. Hətta əgər tək də qalsaq, öz haqqımıza sadiq qalacağıq.

Teqlər