İsrail rejimi məscidlərdən azan verilməsini qadağan etməyə çalışır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i209953-İsrail_rejimi_məscidlərdən_azan_verilməsini_qadağan_etməyə_çalışır
Sionist rejimin işğal olunmuş Fələstində məscidlərdən azan verilməsinə qadağa qoymaq istədiyi bildirilir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 04, 2016 16:09 Asia/Baku
  • İsrail rejimi məscidlərdən azan verilməsini qadağan etməyə çalışır
    İsrail rejimi məscidlərdən azan verilməsini qadağan etməyə çalışır

Sionist rejimin işğal olunmuş Fələstində məscidlərdən azan verilməsinə qadağa qoymaq istədiyi bildirilir.

Qüds xəbər agentliyinin verdiyi məlumata görə, İsrailin Nazirlər Kabineti qarşıdan gələn həftələr ərzində bir qanun layihəsi qəbul edərək, 1948-ci ildə işğal edilmiş Fələstini ərazilərində məscidlərdən azan verilməsini qadağan etmək niyyətindədir.

İsrail rejimi 2015-ci ildə Qərb Sahilində, əl-Xəlildə yerləşən İbrahim məscidindən azan verilməsinə 600 dəfə mane olub.

Sionist işğalçılar həmçinin, dəfələrlə fələstinlilərin dini əməllərin yerinə yetirilməsi üçün məscidlərə getməsinə mane olublar.

Qondarma İsrail rejiminin təsis edilməsindən bəri sionist qəsəbə sakinləri və İsrail ordusu davamlı olaraq Fələstinlilərin yaşadığı ərazilərə hücum edirlər. İndiyə kimi bu hücumlardan 1000-dən artıq məscid dağıdılıb və yandırılıb.