Mart 11, 2016 14:07 Asia/Baku
  • Türkiyə baş nazirinin istəyinə reaksiya
    Türkiyə baş nazirinin istəyinə reaksiya

Türkiyədə Xalqların Demokratik Partiyasının lideri bu ölkənin baş nazirinin həmin partiyanın bəzi üzvlərinin toxunulmazlığının ləğv olunmasını istəməsini tənqid edib.

Milliyyət qəzetinin yazdığına görə, Səlahəddin Demirtaş cümə axşamı günü bildiirb: Xalqların Demokratik Partiyasının üzvləri heç vaxt Türkiyənin əsas qanunu və milli maraqları əleyhinə bir addım atmayıblar ki, cəzalanmaqdan qorxmuş olsunlar.

Türkiyə baş nazirinin ofisi çərşənbə günü Xalqların Demokratik Partiyasının başçılarını bu ölkənin cənub-şərqində müxtar məntəqə yaratmağa çalışmaqda ittihamlandıraraq, parlamentdən rəsmi şəkildə istəyibdir ki, bu partiyanın nümayəndələrindən beş nəfərinin toxunulmazlığını ləğv etsin.

Xalqların Demokratik Partiyasının sədri Səlahəddin Demirtaş da bu ölkə dövlətinin, toxunulmazlıqlarının ləğvini istədiyi şəxslər sırasındadır.

Türkiyə qanunlarına görə, parlament üzvləri öz çıxışları qarşısında siyasi toxunulmazlığa malikdirlər və onların mühakiməsi parlamentin icazəsindən asılıdır.

Teqlər