Sionist rejim başçıları fələstinlilərin müqaviməti qarşısında məğlub olmaqdan nigarandırlar
-
Sionist rejim başçıları fələstinlilərin müqaviməti qarşısında məğlub olmaqdan nigarandırlar
Sionist medialar bu ejim başçılarının fələstinlilərin müqaviməti qarşısında məğlub olmaqdan nigaran qaldıqlarını ifşa ediblər.
Fələstin informasiya mərkəzinin məlumatına görə, sionist medialar Qüds intifazəsinin davam etməsi və hər gün daha geniş miqyas almasına toxunaraq, vurğulayıblar ki, sionist rejim bu məsələ ilə bağlı son dərəcə nigarandır.
Sionist Məariyo qəzeti İsrail rejiminin casusluq təşkilatının sabiq zabiti Amus Gelbuya istinadla fələstinlilərin əməliyyatlarının genişləndiyinə işarə edib və onların bu sahədəki şücaətlərini fələstinli mübarizlərin öz hədəflərinə nail olmaları istiqamətində mühüm amil kimi vurğulayıb.
Sionist Yediot Aharnot qəzeti də işğal olunmuş Qüdsün mer əvəzi Daf Kalmenoviçə istinadla yazıb ki, bu rejim başçıları il yarım keçəndən sonra hələ də iclas keçirmək və bəyanatlar yaymaqla məşğuldurlar və fələstinlilərin müqavimət əməliyyatları ilə mübarizə üçün bir həll yolu tapa bilməyiblər.
Kalmenoviç həmçinin işğal olunmuş ərazilərdə fələstinlilərə iş icazəsinin verilməməsi, Fələstin muxtariyyətinə maliyyə yardımlarının dayandırılması, Qəzzə zolağına qarşı müqavimət əməliyyatları icraçılarının ailələrinin sürgün edilmələri və əməliyyatın icrasından dərhal sonra onların mənzillərinin dağıdılması təklifini veribdir.