İsrail zindanlarında saxlanılan 5 fələstinli əsir aclıq aksiyasına başlayıb
-
İsrail zindanlarında saxlanılan 5 fələstinli əsir aclıq aksiyasına başlayıb
Sionist rejim zindanlarında saxlanılan 5 fələstinli əsir bu rejimin siyasətlərinə etiraz olaraq, aclıq aksiyasına başlayıb.
Fələstinin MƏA xəbər agentliyinin verdiyi məlumata görə, Fələstinli Əsirlər Mərkəzinin əl-Xəlildəki ofisinin müdiri Əmcəd əl-Nəccar deyib: Ziyad əl-Bəsisi və Nəhar Sədi adlı daha iki fələstinli mühakimə edilmədən həbsdə saxlanılmalarına etiraz olaraq aclıq aksiyasına başlayıb. Bundan öncə 3 fələstinli də qanunsuz şəkildə həbs edilmələrinə görə aclıq aksiyasına başlamışdı.
Bu məlumata görə, Sami Cənazerah, cari mart ayının 3-dən, İmad Bətran, 15-dən, Abid Ərrəhim isə 24-dən aclıq aksiyasına başlayıblar.
Fələstinli əsirlər cəmiyyəti həmçinin aclıq aksiyasına başlayan fələstinli əsirlər ilə həmrəylik məqsədi daşıyan bir çağırışda, Ümumdünya Qırmızı Xaç Komitəsinin əl-Xəlil şəhərindəki ofisi önündə aksiyanın keçirilməsini istəyib.
Hazırda İsrail zindanlarında 7000-dən çox fələstinli əsir saxlanılır.
Əsirlərin saxlanma şəraiti dözülməzdir.