İslami Cihad Hərəkatının bir komandanı şəhid edildi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i212800-İslami_cihad_hərəkatının_bir_komandanı_şəhid_edildi
Fələstinin İslami Cihad Hərəkatının bir komandanı şəhid olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 28, 2016 10:20 Asia/Baku
  • İslami Cihad Hərəkatının bir komandanı şəhid edildi
    İslami Cihad Hərəkatının bir komandanı şəhid edildi

Fələstinin İslami Cihad Hərəkatının bir komandanı şəhid olub.

Fələstin İnformasiya Mərkəzinin verdiyi məlumata görə, Fələstin İslami Cihad Hərəkatına yaxın bir mənbə Əbu Məhəmməd ləqəbi ilə tanınan Məhəmməd Abidin bu gün səhər şəhid olduğunu bildirib. Bu məlumata görə, Əbu Məhəmməd İsrail hərbçilərinin hücumu zamanı aldığı yaraların ağırlığı üzündən şəhid olub.

Fələstin İslami Cihad Hərəkatının mətbuat xidmətinin rəisi Davud Şəhab Fələstin xalqını işğalçı İsrail rejiminin terror siyasətinin qurbanı adlandırıb və deyib: Fələstin xalqı özünü terrorizm, qətl, təcavüz və didərginlik siyasəti qarşısında müdafiə edəcək.