Sionistlər yüzlərlə fələstinli uşağı həbs ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i213832-sionistlər_yüzlərlə_fələstinli_uşağı_həbs_ediblər
Sionist işğalçılar Qüds İntifazəsi başlandıqdan bəri 1899 fələstinli uşağı həbs ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 05, 2016 18:21 Asia/Baku
  • Sionistlər yüzlərlə fələstinli uşağı həbs ediblər
    Sionistlər yüzlərlə fələstinli uşağı həbs ediblər

Sionist işğalçılar Qüds İntifazəsi başlandıqdan bəri 1899 fələstinli uşağı həbs ediblər.

Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, Fələstin Əsirləri və Azadələrin Məsələləri üzrə Komitə Fələstin Uşağı Günü münasibəti ilə bir bəyanat yayaraq Qüds İntifazəsi dövüründə sionist rejim hərbçilərinin 1899 fələstinli uşağı həbs etdiyini bildirib və əlavə edib: Bu analoqu olmayan rəqəm bu müddətdə saxlanılanların 37%-ni təşkil edir.

Fələstin Əsirləri və Azadələrin Məsələləri üzrə Komitənin bəyanatında qeyd olunur: Sionist rejim 12-18 yaş arasında 450 uşağı hələ də həbsxanalarda saxlayır. Onların ən kiçiyi 12 yaşlı qız Dima əl-Vavidir.

Məlumata görə, İsrail rejimi ordusu əsir uşaqları vəhşicəsinə metodlarla işgəncə edir. Bu qeyri-insani hərəkət uşaqların fiziki və ruhi vəziyyətinə mənfi təsirlər göstərmişdir.

Bu arada Fələstinin İnformasiya Nazirliyi də bildirib ki, sionist rejim ildə təxminən 700 fələstinli uşağı hərbçilərə və sionist qəsəbə sakinlərinə doğru daş atmaq bəhanəsi ilə həbs etmidşir.