Apr 19, 2016 09:15 Asia/Baku
  • Livan Hizbullahı sionist rejimin Suriyanı bölmək üzrə fitnəsi haqda xəbərdarlıq edib
    Livan Hizbullahı sionist rejimin Suriyanı bölmək üzrə fitnəsi haqda xəbərdarlıq edib

Livan Hizbullahı sionist rejimin Suriyanı bölmək üzrə fitnəsi haqda xəbərdarlıq edib.

IRNA-nın məlumatına görə, Livan Hizbullahı bazar ertəsi günü bir bəyanatda sionist rejimin nazirlər kabinetinin Suriyanın işğal olunmuş Cövlan məntəqəsində iclas keçirmək üzrə addımı və sionist rejimin baş naziri Benyamin Netanyahunun bu rejimin həmin məntəqəyə hakimiyyətinə dair iddiası barədə xəbərdarlıq edib.

Hizbullahın bəyanatında bu addım sionistlərin ərəb xalqları və İslam ümmətinə qarşı təcavüzkar xislətinə bir təkid və sionist rejimin ekspansianizminə bir dəlil adlandırılıb.

Hizbullah vurğulayıb ki, sionist rejimin nazirlər kabinetinin bu hərıəkəti terrorçu-təkfirçi qruplarla birbaşa həmkarlıq ilə işğal olunmuş Cövlanın Suriyadan ayrılması və bu ölkənin işlərinə müdaxilə və onun bölünməsi üzrə sionist hərəkatın ardıcıl fitnəsinə bir təkiddir.

Hizbullahın bəyanatında vurğulanıb: Təəssüflər olsun ki, bəzi ərəb ölkələri fitnəkarlıq və küdurətlə, eləcə də terrorçuları silah və pul ilə himayə və onları siyasi və təfəkkür cəhətdən dəstəkləməklə məşğuldurlar ki, sionistlərin keçmiş və yeni təcavüzlərinin hədəflərini reallaşdırmış olsunlar.

Sionist rejimin nazirlər kabineti onun bütün üzvləri ilə Suriyanın işğal olunmuş Cövlan məntəqəsində iclas keçirdi və Netanyahu da "İşğal olunmuş Cövlan həmişəlik olaraq Suriyadan ayrılacaq" iddiası ilə Qərb ölkələrindən istədi ki, bu ayrılığı rəsmi şəkildə tanısınlar.

Teqlər