Suriyanın şimalında terrorçular uşaqlardan canlı sipər kimi istifadə edirlər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i217498-suriyanın_şimalında_terrorçular_uşaqlardan_canlı_sipər_kimi_istifadə_edirlər
Suriyanın şimalında, Hələb uğrunda gedən döyüşlərdə terrorçular uşaqlardan canlı sipər kimi istifadə edirlər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 08, 2016 05:11 Asia/Baku
  • Suriyanın şimalında terrorçular uşaqlardan canlı sipər kimi istifadə edirlər
    Suriyanın şimalında terrorçular uşaqlardan canlı sipər kimi istifadə edirlər

Suriyanın şimalında, Hələb uğrunda gedən döyüşlərdə terrorçular uşaqlardan canlı sipər kimi istifadə edirlər.

Əl-Məyadin informasiya kanalı bu barədə bildirir: Əl-Fəth qrupu Suriyanın şimalında xüsusi ilə də Hələb şəhərində gedən döyüşlərdə uşaqlardan canlı sipər kimi istifadə edir.

Səuriyə Ərəbistanı müftilərindən olan Abdullah əl-Muhisini əl-Fəth və Ənnüsrə Cəbhəsi üçün yeni qüvvələrin cəzb edilməsində məsuliyyət daşıyan tərəf kimi bildirib ki, bu qruplaşmaların üzvləri əsasən uşaqlardan ibarətdirlər.

Suriyanın təhlükəsizlik qüvvələrinin bildirdiklərinə görə, əl-Fəth uşaqları öz sıralarına cəzb etməklə öz məğlubiyyətlərini ört-basdır etməyə çalışır.

Buna baxmayaraq, Suriyada hərbi məsələlər üzrə ekspürt Sabit Məhəmməd deyib: Suriya ordusu terrorçuların mövqelərinə qarşı ağır artilleriya hücumlarını davam etdirməklə Hələb və ətraf məntəqələrdəki iştirakını davam etdirə bilər.