İŞİD Kərkükə kimyəvi silahla hücum etdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i217561-İŞİd_kərkükə_kimyəvi_silahla_hücum_etdi
İŞİD terror qruplaşmasının İraqın şimalında Kərkükün cənubuna kimyəvi silahla hücumunda bir neçə nəfər xəsarət alıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 09, 2016 05:39 Asia/Baku
  • İŞİD Kərkükə kimyəvi silahla hücum etdi
    İŞİD Kərkükə kimyəvi silahla hücum etdi

İŞİD terror qruplaşmasının İraqın şimalında Kərkükün cənubuna kimyəvi silahla hücumunda bir neçə nəfər xəsarət alıb.

Əl-Youm əl-Sabi İnformasiya Agentliyinin məlumatına görə, İŞİD terrorçularının ötən gecə Kərkükün əl-Bəşir kəndinə hücumunda kürd peşmərgə qüvvələrindən bir neçə nəfər xəsarət alıb.

Bu hücumda terrorçular xlor qazından istifadə ediblər. Nəticədə bir neçə peşmərgə boğulma ilə üzləşib.

Əl-Bəşir kəndi bundan öncə də İŞİD-in kimyəvi silahla hücumuna məruz qalmışdı.

İraqdan əldə olunan digər məlumata görə, İraqın Müştərək Əməliyyat Komandanlığı bildirib: Ötən sutka ərzində ölkənin müxtəlif bölgələrində İŞİD-in mövqelərinə qarşı 57 hərbi hava hücumu həyata keçirilib.

Səlahəddinin və əl-Anbar vilayətlərinin müxtəlif bölgələrində həyata keçirilən bu əməliyyatlarda İŞİD terror qruplaşmasına məxsus 10 raket bazası, bir çox silah-sursat məhv edilib. Həmçinin 50-dən çox terrorçu öldürülüb.

İraq 2014-cü il iyun ayından İŞİD terror qruplaşmasının şimal və qərbdə bir sıra bölgələri işğal etməsi ilə böhranla üzləşmişdir. Bu terror qruplaşması bu müddət ərzində saysız cinayətlər törətmişdir.