İşğal olunmuş ərazilərdə fələstinlilərin mənzillərinin dağıdılması şiddətlənib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i217708-İşğal_olunmuş_ərazilərdə_fələstinlilərin_mənzillərinin_dağıdılması_şiddətlənib
Sionist rejim işğal olunmuş ərazilərdə fələstinlilərin mənzillərinin dağıdılmasını şiddətləndirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 10, 2016 07:35 Asia/Baku
  • İşğal olunmuş ərazilərdə fələstinlilərin mənzillərinin dağıdılması şiddətlənib

Sionist rejim işğal olunmuş ərazilərdə fələstinlilərin mənzillərinin dağıdılmasını şiddətləndirib.

Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, sionist rejim fələstinli gənclərin müqavimət əməliyyatlarının qarşısının alınması istiqamətindəki uğursuzluqlarının əvəzini çıxmaq üçün fələstinlilərin mənzillərinin dağıdılması göstərişini veribdir.

Bu məlumata görə, sionistlər bazar ertəsi günü "Əlcəlil Əla" məntəqəsinə basqın edərək, bir böyük binanı buldozerlərlə dağıdıblar.

Sionistlər habelə öncədən xəbərdarlıq etmədən "Əlcəlil Əla"da bir yeməkxananı və bir şadlıq sarayını dağıdıblar.

Sionist rejim buldozerləri həmçinin Hayfada "Cəsr Zərqa" qəsəbəsinə basqın edərək, bir parkı dağıblar.

Sionist rejimin nazirlər kabineti Qüds intifazəsinin başlanmasından bəri şəhidlərin cəsədlərinin oğurlanması və onların mənzillərinin dağıdılması göstərişini veribdir ki, bu məntəqə sakinlərini köçürməkdən əlavə, fələstinli gənclərin müqavimət əməliyyatlarının qarşısını alsın.

Sionist rejim başçıları fələstinlilərin müqavimət əməliyyatlarının qarşısının alınmasındakı acizliklərini etiraf ediblər.