Fəllucə əməliyyatlarında İŞİD-in azərbaycanlı qadın snayperi öldürüldü
May 25, 2016 17:31 Asia/Baku
-
Fəllucə əməliyyatlarında İŞİD-in azərbaycanlı qadın snayperi öldürüldü
İraqın "Həşədi əşşıbi" könüllü dəstələri açıqlama yayıb
İslamazeri.az-ın İraq mediasına istinadən verdiyi xəbərə görə, "Həşədi Əş-Şəəbi" könüllü dəstələri İŞİD-in qadın snayperinin hərbi əməliyyat zamanı öldürüldüyünü açıqlayıb. Məlumata görə, öldürülən qadın snayper azərbaycanlıdır.
İŞİD üçün snayperlik edən azərbaycanlı qadın terrorçu, dünən İraqın "Həşədi Əş-Şəəbi" könüllü dəstələri tərəfindən Fəllucənin terrorçulardan təmizlənməsi üçün başladılan əməliyyat zamanı Fəllucənin 19 km yaxınlığında olan al-Kərmə məntəqəsində öldürülüb.