Nəsrullah: Livan oğurlanmış 4 iranlı diplomatın taleyinə aydınlıq gətirməyə borcludur
-
Seyid Həsən Nəsrullah
Livan Hizbullahının baş katibi dünən "Müqavimət və Azad etmə" bayramı münasibəti ilə təşkil edilən mərasimdə deyib: Bəzi şəhidlərimizin cənazələri hələ də İsrail rejiminin əlindədir. Bundan başqa Livan bu ölkədə oğurlanmış 4 iranlı diplomatın taleyinə aydınlıq gətirmək kimi qanuni və əxlaqi bir məsuliyyət daşıyır.
Livan Hizbullahının baş katibi çıxışının əvvəlində 2000-ci ildə sionist düşmən üzərində əldə edilən qələbəni ilahi və tarixi adlandırıb, Livan xalqının Müqavimət və Azad etmə bayramını təbrik edib.
Nəsrullah əlavə edib: Müqavimət və Azad etmə bayramını qeyd etmək Livan xalqının öz taleyinə laqeyd olmadığını sübut edir və bizə güc verən, gələcəyimizi müəyyən edən də elə bu aktivlikdir.
Livan Hizbullahının baş katibi əlavə edib: Bu gün yeni nəslə göstərməliyik ki, İsrailin "məqğlubedilməz" ordusu necə "uduzan" bir orduya çevrildi.
Biz hər il livanlılardan istəyirik ki, bu günü milli gün olaraq qeyd etsinlər və bu günü hamı üçün qələbə günü hesab etsinlər.
Livan Hizbullahının baş katibi daha sonra müqavimətin qələbəsinin ildönümü gününün əhəmiyyətindən danışıb və deyib: Bir neçə məsələni daim xatırlamaq lazımdır. İsrail düşmənin Fələstinin başına nə oyun açdığını unutmamalıyıq. İsrail düşmənin Fələstinə olan təcavüzləri, törətdiyi qırğınlar, dağıtdığı evlər. Bütün bunlar yaddaşlara həkk olunmalıdır. İkincisi, İsrailin real və başlıca düşmən olduğunu unutmamalıyıq.
Seyid Həsən Nəsrullah çıxışının davamında 4 iranlı diplomatın Livanda oğurlanmasına işarə edib və deyib: Livan İsrailə təhvil verilən bu 4 iranlı diplomatın taleyinə aydınlıq gətirməyə borcludur.