İŞİD İraqda Realın oynunu izləyənləri qətlə yetirdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i219673-İŞİd_İraqda_realın_oynunu_izləyənləri_qətlə_yetirdi
İŞİD terrorçuları Madiridin Real futbol klubunun tərəfdarlarına hücum edərək, 20 nəfəri öldürüb və yaralayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 30, 2016 07:49 Asia/Baku
  • İŞİD İraqda Realın oynunu izləyənləri qətlə yetirdi
    İŞİD İraqda Realın oynunu izləyənləri qətlə yetirdi

İŞİD terrorçuları Madiridin Real futbol klubunun tərəfdarlarına hücum edərək, 20 nəfəri öldürüb və yaralayıblar.

Avropada Çempionlar Liqasının final oyunu zamanı İraqın Bəqubə əyalətində oyunu izləməklə məşğul olan iraqlılar 4 İŞİD terrorçusunun hücumuna məruz qalıb.

As İspaniya qəzeti bu hadisədə 12 nəfərin öldüyünü, 8 nəfərin isə yaralandığını bildirib.

Ötən ay da İraqın Bələd şəhərində Realın azarkeşləri klubunda törədilən terror aktı zamanı 16 nəfər ölmüş, 12 nəfər isə yaralanmışdı.