İyun 02, 2016 09:46 Asia/Baku
  • İraq qüvvələri
    İraq qüvvələri

İraqın müdafiə naziri bu ölkə ordusu və könüllü qüvvələr qarşısında İŞİD terror qruplaşmasının məğlubiyyətini vurğulayıb.

Süməriyyə Nyuzun məlumatına görə, İraq müdafiə naziri Xalid əl-Übeydi çərşənbə gecə bildirib: İŞİD terror qruplaşması əl-Anbar vilayətində Fəllucə mühasirəyə alındıqdan sonra tam məğlubiyyətə yaxınlaşıb və İraq ordusu İŞİD-in hücumunu zərərsizləşdirmək və lazımi müharibə tədbirləri üçün mövqlərini möhkəmlədib.

İraq müdafiə naziri əlavə edib: İraq qüvvələri ötən iki gündə əl-Anbarın qərbində Hit və Kəbisənin bır sıra bölgələrinə nəzarəti möhkəmlədib. Belə ki, İraq qüvvələrinin əməliyyatı əməliyyat istiqamətlərində İŞİD ünsürlərinin zərifləməsinə səbəb olmuşdur.

Digər tərəfdən İraqın müharibə media qərargahı əl-Anbar vilayətində Hit və Kəbisənin bütün bölgələrinin İŞİD terrorçularından təmizləndiyini bildirib.

Fəllucənin azad olunması əməliyyatı 23 maydan İraq baş naziri Heydər əl-İbadinin fərmanı ilə başlanıb.

İraq hərbçiləri, könüllü və köçəri qüvvələri Fəllucənin azad olunması əməliyyatında iştirak edir.

Teqlər