Təl-Əviv əməliyyatı İsrailin cinayətlərinə reaksiya idi
İyun 09, 2016 13:04 Asia/Baku
-
Təl-Əviv əməliyyatı İsrailin cinayətlərinə reaksiya idi
Fələstin İslam Müqaviməti Hərəkatı Həmas Təl-Əvivdə törədilən anti-sionist əməliyyatı İsrailin fələstinlilərə qarşı cinayətlərinə cavab adlandırıb.
Fələstin İnformasiya Mərkəzinin verdiyi məlumata görə, Həmas-ın sözçüsü Sami Əbu Zəhri cümə axşamı bir bəyanat yayaraq, çərşənbə günü Təl-Əvivdə 2 fələstinli gənc tərəfindən həyata keçirilən anti-sionist əməliyyata işarə edib və deyib: Bu əməliyyat sionist hərbçilər və qəsəbə sakinlərinin əl-Əqsa Məscidinə hörmətsizliyi və Fələstin xalqına qarşı təcavüzlərinə təbii reaksiya sayılır.
Əbu Zəhri əlavə edib: Təl-Əvivdə törədilən anti-sionist əməliyyat bir daha sübut etdi ki, Qüds İntifazəsi davam edir və düşmənlərin fitnələri onu cilovlamağa qadir deyil.
Teqlər