Sionistlərin hücumunda 5 fələstinli şəhid olub və yaralanıb
-
Sionistlərin hücumunda 5 fələstinli şəhid olub və yaralanıb
Fələstinli təhlükəsizlik mənbələri deyiblər ki, sionist qüvvələr işğal olunmuş ərazilərdəki cinayətlərinin davamında Ramullahın qərbində bir fələstinli gənci şəhid ediblər.
Məa xəbər agentliyi yazıb: Sionist hərbçilər bu gün səhər tezdən sionist qəsəbə sakinlərinin avtomobilinə daş atılması bəhanəsilə qərb sahilində yerləşən Beyt-Ur kəndinin qərbində fələstinli gənclərə tərəf atəş açıblar. Bu atışmada Muhəmməd Bədran şəhid olub və 4 nəfər də yaralanıbdır.
Sionist mənbələr habelə bu məntəqədə daha 12 fələstinlinin həbs olunmasından xəbər veriblər.
Üçüncü intifazə adlandırılan işğal olunmuş ərazilərdə fələstinlilər ilə sionist qüvvələr arasındakı döyüşlərin yeni mərhələsi 2015-ci ilin sentyabr-oktyabr aylarında və sionist qəsəbə sakinlərinin sionist qüvvələrin himayəsi altında Məsciduləqsaya girmələri ilə başlandı.