Sionist həbsxanalarda fələstinlilərə işgəncələr verilir
-
Sionist həbsxanalarda fələstinlilərə işgəncələr verilir
Fələstinli əsirlər üzrə araşdırma mərkəzi sionist rejim həbsxanalarında saxlanılan fələstinli əsirlərə işgəncə verildiyini bildirib.
Fələstin İnformaiya mərkəzinin verdiyi məlumata görə, Fələstinli əsirlərin araşdırma mərkəzinin mətbuat xidmətinin müdiri Riyaz Əşqər işgəncə ilə mübarizə günü münasibəti ilə yaydığı hesabatda bildirib: Sionist düşmən bu rejimin məhkəmə aparatının yaşıl çırağı ilə fələstinli əsirlərə qarşı 80 cür fiziki və ruhi işgəncə verir.
Əşqər sionist düşmənin fələstinli əsirlərə qarşı cinayətlərini ört-basdır etmək cəhdlərinə toxunaraq deyib: Sionist rejim bəzi rasist qanunlar qəbul etməklə fələstinli əsirlərin işgəncəsini qanuniləşdirmək istəyir.
Əşqər onlarla fələstinli əsirin sionist rejim həbsxanalarında işgəncə nəticəsində şəhid olduğunu bildirib və deyib: 1967-ci ildən Fələstin əsirlər hərəkatının 207 şəhidindən 71-i işgəncə nəticəsində həyatını itirmişdir.
Riyaz Əşqər deyib: Statistikalara görə, sionist rejim zindanlarında fələstinli məhbusların 98 faizi istintaq mərhələsində işgəncələrə məruz qalır.