Qəsəbə salmaq üzrə yeni sionist plan qəbul olunub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i224935-qəsəbə_salmaq_üzrə_yeni_sionist_plan_qəbul_olunub
Sionist rejim işğalçılıq siyasətlərinin davamında qərb sahilində qəsəbə salmanın genişləndirilməsi üzrə planı qəbul edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 11, 2016 03:58 Asia/Baku
  • Qəsəbə salmaq üzrə yeni sionist plan qəbul olunub
    Qəsəbə salmaq üzrə yeni sionist plan qəbul olunub

Sionist rejim işğalçılıq siyasətlərinin davamında qərb sahilində qəsəbə salmanın genişləndirilməsi üzrə planı qəbul edib.

Sionist rejim radiosunun məlumatına görə, bu rejimin baş naziri Benyamin Netanyahu öz nazirlər kabinetinin dünənki iclasında Əlxəlil şəhərində sionist "Krayat Ərbə" və "Yəhudi məhəlləsi" qəsəbələrini genişləndirmək məqsədilə bir plan qəbul edib.

Netanyahu Əlxəlildə yeni sionist planın icrası üçün deyib ki, bütün orqanlar bu şəhərdəki yəhudi sakiinli məntəqələri dəstəkləməyə çalışırlar.

O, ötən həftənin bazar ertəsi günü də Qüds şəhərinin mühasirəsi məqsədilə bu qəsb olunmuş şəhərin ətrafındakı sionist qəsəbələrdə 800 yeni yaşayış massivinin salınması planını qəbul etdi.

Sionist rejim Fələstinin əhali bölgüsünü sionistlərin xeyrinə dəyişmək üçün və beynəlxalq tənqidlərə rəğmən, qəsb olunmuş ərazilərdə öz qəsəbə salmasını genişləndirir.