Suriya paytaxtında terrorçuların hücumu zərərsizləşdirilib
-
Suriya paytaxtında terrorçuların hücumu zərərsizləşdirilib
Suriya qırıcı təyyarələri İŞİD terror qruplaşmasının paytaxtın şərqində hərbi aeroportuna hücumunun qarşısını alıblar.
Almaniya informasiya agentliyinin məlumatına görə, çoxlu sayda İŞİD terrorçusu çərşənbə axşamı günü Dəməşqin şərqində Əl-Sin aeroportuna hücuma cəhd edib. Lakin Suriya və Rusiya hərbi hava qüvvələri terrorçuların hücumunun qarşısını alıblar.
Suriya hərbi hava qüvvələrinin İŞİD mövqelərinə hücumunda terrorçuların 13 hərbi avtomobili məhv edilib və çoxlu sayda terrorçu öldürülüb.
Suriya ordusu qüvvələri Laziyyənin şimalında bir qrup terrorçunu həbs edib, ya da öldürüb.
Digər tərəfdən İŞİD terrorçuları ötən gecə Palmira şəhərinin cənub-şərqində Səvami bölgəsinə hücum ediblər. Bu hücumda terrorçular və Suriya qüvvələri itki veriblər.
Həmçinin terrorçuların Dəra şəhərində yaşayış massivlərinə raket hücumunda 6 Suriya vətəndaşı yaralanıb.