Fələstinli fəal: Ərəbistan fələstinlilərə qarşı fitnə törədir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i225154-fələstinli_fəal_Ərəbistan_fələstinlilərə_qarşı_fitnə_törədir
Fələstinin Azadlığı Uğrunda Xalq Cəbhəsinin siyasi ofisinin üzvü deyib: Səudiyyə Ərəbistanı fələstinlilərə qarşı fitnə törədir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 13, 2016 06:44 Asia/Baku
  • Ərəbistan fələstinlilərə qarşı fitnə törədir
    Ərəbistan fələstinlilərə qarşı fitnə törədir

Fələstinin Azadlığı Uğrunda Xalq Cəbhəsinin siyasi ofisinin üzvü deyib: Səudiyyə Ərəbistanı fələstinlilərə qarşı fitnə törədir.

Üsamə əl-Hac Əhməd Əl-Aləm telekanalı ilə müsahibədə Parisdə Münafiqlər terror qruplaşmasının konfransında Səudiyyə Ərəbistanının təhlükəsizlik xidmətinin sabiq rəhbəri Türki əl-Feysəlin açıqlaması barəsində deyib: Türki əl-Feysəlin açıqlaması gülünc və incidicidir. O Fələstin müqavimət qruplarını Fələstinəd və Yaxın Şərqdə hərc-mərcliyi genişləndirməkdə necə suçlaya bilər. Bu mövqe Fələstin qruplarına qarşı ittihamlar irəli sürən sionist düşmənin mövqeyi ilə eyni istiqamətdədir. Bütün Fələstin qrupları bu açıqlamanı pisləyir. Bu açıqlama göstərir ki, səudiyyəlilər sionist düşmənlə öz gizli əlaqələrini aşkara çıxarıblar və Fələstin müqavimət qruplarına qarşı Ərəbistan və İsrail arasında yeni koalision əlaqələr formalaşıb. Səudiyyəlilər həmişə Fələsitn məsələsinə qarşı olublar və fələstinlilərə lazımi köməkləri etməyiblər. Səudiyyə Ərəbistanı Fələstin xalqının müqavimətini dəstəkləmək üçün Fələstin xalqının müqavimət qruplarının səylərinə maneə yaradır.

O əlavə edib: Təəssüflər olsun ki, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı düşmən sionistlə Fələstin və Livan müqavimət qruplarına qarşı birləşiblər. Bu koalisiyanın vəzifəsi budur ki, sionist düşmənlə ərəb və islam xalqlarının mübarizə formatını Yaxın Şərqdə sünni və şiələr arasında firqə və məzhəb qarşıdurmasına yayındırsın. Biz Fələstinin Azadlığı Uğrunda Xalq Cəbhəsində bu koalisiyanın hərəkətləri barəsində xəbərdarlıq etmişik. Səudiyyə Ərəbistanı ərəb ölkələrinin daxili məsələlərində açıq-aşkar şəkildə müdaxilə etməməli və müxtəlif ölkələr bu ölkəni mühakimə ardınca olmalıdır.