İyul 25, 2016 13:09 Asia/Baku
  • Suriyada elektrik stansiyasının təchizatları qarət edilib
    Suriyada elektrik stansiyasının təchizatları qarət edilib

Terror qrupları Suriyada bir elektrik stansiyasının təchizatlarını qarət ediblər.

IRIB-nin məlumatına görə, Cibhətunnusrə təkfirçi-terrorçu qrupu Suriyanın şimal-qərbindəki Laziqiyyə vilayətində yerləşən Zizun elektrik stansiyasının təchizatlarını qarət edərək, onları Türkiyə sərhədlərinə doğru yönəldib.

Həmçinin İŞİD terror qrupu Suriyanın şərqi və şimal-şərqində bu ölkənin neft mənbələrini oğurlayır.

Suriyadakı təkfirçi-terrorçu qruplar arasında ixtilaflar olsa da, onlar bu ölkənin infrastrukturlarının dağıdılmasına və bu ölkə resurslarının qarət edilməsinə üz tutublar.

Digər tərəfdən, Rusiyanın Sputnik xəbər agentliyi bildirib ki, bir qrup İŞİD terrorçusu qadın paltarında Hələb vilayətindəki Mənic şəhərindən qaçıb.

Mənic şəhərinin terrorçulardan azad edilməsi əməliyyatı mayın sonlarında başlanıb.

Mənic İŞİD-in Suriya ilə Türkiyə arasında ən mühüm hərbi təchiz damarlarından sayılır.

Teqlər