Suriya ordusunun Hələbdə yeni qələbələri
-
Suriya ordusunun Hələb vilayətində yeni qələbələri
Suriya ordusunun qüvvələri bir əməliyyatda bu ölkənin şimalındakı Hələb şəhərinin digər məntəqələrini İŞİD-in işğalından çıxarıblar.
Əlaləm telekanalının məlumatına görə, Suriya ordusu bu gün Hələbdə İŞİD və Cibhətunnusrə terror qruplarına qarşı əməliyyatda Hələbin təhlükəsizliyini təmin etməkdədir. Bu ordu Əlləyrəmun emalatxanaları, Əlsəkən Əlşəbabi məntəqəsi və Əfrəyn qarajlarını öz nəzarətinə alıbdır.
Bu əməliyyatda bir qrup terrorçu öldürülüb.
Suriya ordusu həmçinin əksər terror qruplarının gecə ilə aradan çıxmalarından sonra Hələb şəhərinin şimalındakı Bəni Zeyd məhəlləsindəki Əlsəkən Əlşəbabi məntəqəsinin nəzarətini tam şəkildə əlinə alıbdır.
Suriyanın ordusu və silahlı qüvvələrinin baş qərargahı bildirib ki, terrorçuların Hələb şəhərinin şərq məhəllələrinə doğru bütün keçidləri və sursat yolları bağlanıbdır.
Suriyanın ordusu və silahlı qüvvələrinin baş qərargahı bildirib ki, qan tökülməsinin qarşısını almaq məqsədilə Hələb şəhərinin şərq məhəllələrində silahları olan şəxslərə silahlarını təhvil vermələri üçün fürsət veribdir.
Bu məlumata görə, Suriya ordusu döyüşlərin tez bir zamanda başa çatması və Hələb şəhərinə yiyələnmək ardıncadır.
Terrorçular tankları və zirehli avtomobillərini Hələbdəki döyüş meydanlarında buraxaraq, geri çəkiliblər.
Suriya ordusu və müqavimət döyüşçülərinin Hələb şəhərin strateji Kastlo-Lirmun mehvərinə yiyələnmələrinin ardınca Suriya prezidenti, Hələb şəhərinin şərqində aldanaraq, təkfirçi qruplara qoşulmuş şəxslərə silahlarını dövlətə təslim etmələri və xalqın ağuşuna qayıtmaları üçün aman veribdir.
Belə bir halda, İraqın şimalındakı Neynəva vilayətinin bir təhlükəsizlik mənbələri də İraq bayrağının İŞİD-in işğalında olmuş Mosul şəhərinin mərkəzində dalğalandırılmasından xəbər veriblər.
İraqın təhlükəsizlik qüvvələri özlərini Neynəva vilayətinin mərkəzi olan Mosul şəhərinin azad edilməsinə hazırlayıblar.