İŞİD Kərkükdə 15 sivili oğurladı
-
İŞİD Kərkükdə 15 sivili oğurladı
İŞİD terror qruplaşması Kərkük vilayətinin cənub-qərbində nəzarət etdiyi bölgələrdən insanların qaçmasına kömək etmək səbəbi ilə 15 sivili oğurlayıb.
Süməriyyə News-un məlumatına görə, İraqın Kərkük vilayətində bir təhlükəsizlik rəsmisi bildirib: Ötən gün Kərkükün 55 km cənub-qərbində yerləşən əl-Həvicə rayonunun əl-Cəmiliyyə kəndindən 15 nəfər İŞİD-in nəzarət etdiyi bölgələrdən vətəndaşların qaçmasına kömək etmək səbəb ilə İŞİD tərəfindən oğurlanıb.
Təhlükəsizlik rəsmisi əlavə edib: İŞİD ünsürləri bu şəxsləri bir neçə avtomobillə əl-Həvicə rayonuna aparıblar.
Kərkük vilayətinin cənub-qərbindəki əl-Həvicə rayonu 2014-cü il 10 iyundan İŞİD terror qruplaşmasının işğalındadır.
İŞİD terror qruplaşması 2013-cü il yazdan İraqın bəzi bölgələrini işğal edib və bu müddət ərzində çoxlu cinayətlər törətmişdir.