İŞİD-in İraqdakı cinayətləri
https://azeri.sahartv.ir/news/qərbi_asia-i228343-İŞİd_in_İraqdakı_cinayətləri
İŞİD terror qruplaşması İraqın şimalında Kərkükdə minlərlə iraqlını əsir götürüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 05, 2016 12:54 Asia/Baku
  • İŞİD-in İraqdakı cinayətləri
    İŞİD-in İraqdakı cinayətləri

İŞİD terror qruplaşması İraqın şimalında Kərkükdə minlərlə iraqlını əsir götürüb.

Əl-Aləm telekanalının məlumatına görə, rəsmi hesabatlara əsasən, İŞİD Kərkükdə öz kəndlərindən qaçmaq istəyən 3 min iraqlını əsir götürüb. 

İŞİD həmçinin əsir götürülən şəxslərdən 12 nəfəri edam edib. 

Bu məlumata görə, İraqın xalq səfərbər qüvvələri komandanı əl-Anbar vilayətinin əl-Xalidiyyə adasında İŞİD ünsürlərinin kütləvi məzarlığının aşkar olunduğunu bildirib.