"İsrail" həbsxanalarında fələstinli əsirlərin acınacaqlı vəziyyəti
-
"İsrail" həbsxanalarında fələstinli əsirlərin acınacaqlı vəziyyəti
Fələstin dairələri sionist rejim həbsxanalarından birində fələstinli əsirlərin öz vəkil və ailəəri ilə görüşünə qadağanın qoyulduğunu bildiriblər.
Fələstin Dövlət İnformasiya Agentliyinin məlumatına görə, sionist həbsxana məmurları aclıq aksiyası keçirən 35 əsiri digər əsirlərdən ayırıb və onlara zəruri vasitələri verməyərək bu əsirləri ailələri və vəkilləri ilə görüş haqqından məhrum ediblər.
Həmçinin aclıq aksiyası keçirən 4 fələstinli əsirin də vəziyyəti ağırlaşıb.
Bu arada Fələstin Əsirlər Klubu bu əsirlərin dərhal azad edilməsini istəyib və bildirib: Sionist rejim həbsxanalarında indiyə qədər idarə həbslərinə etiraz olaraq 90 əsir aclıq aksiyası keçirib.
Sionist rejimin tətbiq etdiyi idarə həbsi fələstinliləri ittiham sübut olunana və ya mühakimə olunana qədər həbsdə saxlamaq imkanı yaradır.