İŞİD İraqda ağır itki verdi
-
İŞİD İraqda ağır itki verdi
Əl-Xalidiyə məntəqəsinin azad edilməsi əməliyyatında yüzlərlə İŞİD terrorçusu məhv edilib.
Suməriyə Nyus informasiya portalının verdiyi məlumata görə, İraqın Bədr Təşkilatının baş katibi Hadi Amiri bu gün deyib: Xalidiyə məntəqəsinin İŞİD-in işğalından azad edilməsi əməliyyatında mindən artıq İŞİD terrorçusu məhv edilib.
Bu məlumata görə, İraqın könüllü xalq qüvvələri Xalidiyənin azad edilməsi əməliyyatında bir qrup terrorçunu həbs edib.
İraqdan daxil olan başqa bir məlumata görə, xalq müqavimət qüvvələri Səlahəddin əyalətində yerləşən Bicişəhərində İŞİD-in bir ədəd pilotsuz uçan aparatını vurublar.
İraq ordusu bir ay öncədən Fəllucənin azad edilməsi əməliyyatına başladığı zamandan Səlahəddin əyalətində də bir sıra əməliyyatlara başlayıb və indiyə kimi onlarla kənd və qəsəbəni Mosulun cənubunda İŞİD-in nəzarətindən çıxartmağa nail olub.