Avq 29, 2016 18:15 Asia/Baku
  • Hadi Amiri
    Hadi Amiri

İraqın Bədr Təşkilatının baş katibi bu gün bazar ertəsi bildirib ki, Əl-Ənbar əyalətinin mərkəzi olan Rəmadi şəhərinin şimal-şərqində yerləşən Xalidiyə məntəqəsinin azad edilməsi əməliyyatında mindən artıq terrorçu öldürülüb.

İraqın Süməriyə Nyus informasiya agentliyinin verdiyi məlumata görə, Hadi Amiri Xalidiyə məntəqəsinin İŞİD-in işğalından tam azad edildiyini bildirib və deyib: Xalq qüvvələri bir qrup terrorçunu həbs ediblər. Həbs edilən terrorçular onlara başçılıq edən bəzi ünsürlərin Əbu Qurəyb zindanından qaçan şəxslər olduğunu etiraf ediblər.

Təhlükəsizlik mənbələri şənbə günü axşam saatlarında bildirdilər ki, Bağdadın 80 km qərbində yerləşən Xalidiyə məntəqəsi tam olaraq İŞİD-in işğalından azad edilib. Xalidiyə məntəqəsinin azad edilməsi əməliyyatının ikinci hissəsi cari avqust ayının 19-da başlamışdı. Və bu əməliyyat cümə axşamı İŞİD-in Xalidiyədə son səngəri olan Əlbu Kənan məntəqəsinə çatmışdı. Bu məntəqə ağır və həlledici döyüşlərin şahidi idi. Xalidiyə məntəqəsi əkinçilik üçün münbit torpağı olan geniş yaşıl düzlərə malikdir. Xalidiyə məntəqəsinin ümumi ərazisi 350 kvadrat kilometrdir. Əlbu Bali, Əlbu Kənan, Əlbu Əbid, Əlbu Şəban, Əlbu Əysə, Məlahimə və Kərtan məntəqələri Xalidiyəni təşkil edən məntəqələrdirlər. Xalidiyə Fəllucə və Rəmadi arasında yerləşir. Xalidiyə məntəqəsi hərbi baxımdan strateji əhəmiyyət daşıyır. Xüsusi ilə terrorçular üçün yaxşı sığınacaq hesab olunur. Deyilənlərə görə 2003-cü ildə Səddamın süqut etməsindən bəri bu məntəqə mərkəzi dövlətin nəzarətindən çıxıb. Bədr Təşkilatı katibinin dediyinə görə, Xalidiyə məntəqəsinin azad edilməsi ilə Rəmadi, Fəllucə və Bağdadın təhlükəsizliyi təmin edilmiş olub.

Teqlər