Təl-Əviv fələstinli fəalları ölümlə hədələyib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i232034-təl_Əviv_fələstinli_fəalları_ölümlə_hədələyib
Təl-Əvivin Qəzzə müharibəsindəki cinayətlərinə qarşı şikayət edən fələstinli fəallar ölümlə hədələniblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 30, 2016 06:00 Asia/Baku
  • Təl-Əviv fələstinli fəalları ölümlə hədələyib
    Təl-Əviv fələstinli fəalları ölümlə hədələyib

Təl-Əvivin Qəzzə müharibəsindəki cinayətlərinə qarşı şikayət edən fələstinli fəallar ölümlə hədələniblər.

Press TV-nin məlumatına görə, Fələstin İnsan Haqları Təşkilatları beynəlxalq cəza məhkəməsində İsrailə qarşı şikayət etdikdən sonra, İsrail rejiminin hədələri ilə üzləşiblər. İsrail hətta insan haqları fəallarını ölümlə hədələyib. İsrail rejimi əleyhinə fəalların şikayəti bu rejimin Qəzzə müharibəsi zamanı törətdiyi cinayətlərlə əlaqədardır. 

İnsan Haqları Uğrunda Əl-Mizan Mərkəzi və daha üç insan haqları qrupu İsrail rejiminin təhdidləri ilə üzləşib. Onlar İsraili Qəzzə zolağında müharibə cinayətləri törətməkdə, xüsusilə də 2014-cü ilin yayında 50 günlük müharibədəki cinayətlərdə suçlayıblar. 

Əl-Mizan İnsan Haqları Mərkəzinin üzvü Səmir Zaqut deyib: Bizim mərkəzin üzvləri, xüsusilə də İsrailin müharibə cinayətkarlığına qarşı faktlar və sənədləri toplayanlar ölümlə hədələniblər. İndiyə qədər bir neçə insan haqları təşkilatı, o cümlədən əl-Mizan, əl-Haqq və digər təşkilatların üzvləri dəfələrlə ölümlə hədələniblər. Hətta beynəlxalq məhkəmənin prokurorları da oxşar təhdidlər alıblar. Təl-Əviv müharibə cinayətləri qarşısında istənilən məsuliyyəti rədd edib və son vaxtlar 2014-cü il təcavüz zamanı onlarla sivili qətlə yetirməklə əlaqədar İsrail rejimi hərbçilərinə bəraət verib. 

Fələstin insan haqları cəmiyyətlərindən birinin direktoru Həmdi Şəkurə deyib: İsraildə bütün ədliyyə strukturu İsrail ordusunun fələstinli sivillərə və onların əmlakına qarşı müharibə cinayətlərini ört-basdır edir. Buna görə, əsla qəribə deyil ki, İsrailin ədliyyə strukturu İsrail hərbçiləinə qarşı şikayətləri sona çatmış elan edib və bildirir ki, heç bir müharibə cinayəti baş verməyib. Əslində bundan başqa bir şey də gözlənilmirdi.