Avq 31, 2016 18:04 Asia/Baku
  • İŞİD-ə ağır zərbə
    İŞİD-ə ağır zərbə

Şübhə yoxdur ki, Ələdnaninin itirilməsi İŞİD üçün ağrılı bir zərbə sayılır və bu, elə bir haldadır ki, İŞİD sıxıntı içindədir.

Əlcəzirə telekanalının məlumatına görə, İŞİD-in sözçüsü Əbu Muhəmməd Ələdnani amerikalı qırıcıların Suriyanın şimalındakı Əlbab şəhərinə qarşı hücumunda öldürülüb.

İŞİD-in tabeliyində olan Əmaq xəbər agentliyi hiddətli və qısa bir bəyanat yayaraq, Ələdnaninin Hələbdə döyüş cəbhələrindən baxış keçirərkən öldürülməsindən xəbər verib. İŞİD ünsürləri Əbu Muhəmməd Ələdnaniyə "Məncəniq" ləqəbi vermişdilər. Ələdnani media siması və İŞİD-in yeganə sözçüsü sayılırdı. İslami xilafətin təşkilindən məhz Ələdnani xəbər vermişdi.

İŞİD-in yazılı və səsli bəyanatları onun adı ilə verilirdi. O, həmçinin bir çox ölkəyə qarşı dedyi sözlər və etdiyi hədələrlə məşhur oldu. İŞİD Əbu Muhəmməd Ələdnani əsl kimliyini Taha Subhi Fəllahə kimi təqdim edibdir. O, Suriya təbəəsi idi və 1977-ci ildə İdlıib vilayətinin Səraqəb şəhəri yaxınlığındakı Binş qəsəbəsində anadan olmuşdu. Ələdnani 2000-ci ildən hərbi fəaliyyətlərə başladı. O, 35 nəfərlə yanaşı Əbumusəyyib Əlzərqavi ilə beyət etmiş ilk kəslərdən olubdur.

Ələdnani Əbu Bəkr Əlbəğdadi 2011-ci ilin sonlarında onu Suriyaya göndərəndən sonra bu ölkədə döyüşlərə başladı. O, Əbu Muhəmməd Əlculani ilə yanaşı "Cibheyi Nusrət Əhli-Şam" adlandırılan qruplaşmaya başçılıq edərək, Suriyaya gəldi.

O, 2014-cü ilin 30 iyununda Suriyanın İraqla sərhədinə gəldi və sərhədlərin sındırılmasından, eləcə də İŞİD-in yiyələndiyi torpaqlarda xilafət dövlətinin qurulmasından xəbər verdi.

Şübhə yoxdur ki, Əbu- Muhəmməd Ələdnaninin itirilməsi İŞİD üçün ağrılı bir zərbə sayılır. Ondan öncə də İŞİD-in birinci dərəcəli komandanları, o sıradan Ömər Əlşişani, Əbdurrəhman Əlqaduli, Haci Bəkr və Haci Muəttəz öldürülmüşdü. Ələdnani elə bir zamanda öldürülür ki, İŞİD sıxıntı içindədir və Suriya, İraq və Liviyada öz mövcudluğunu qorumaq üçün döyüşür.

İŞİD özünün iki saylı şəxsini itirməklə təbliğat döyüşündə özünün əsas üzvünü itirir. Daha İŞİD-in gələcək bəyanatlarının altında Əbu Muhəmməd Ələdnanin imzası olmayacaqdır.

Teqlər