Saleh Müslümün iddiası: Türkiyə İŞİD-ə kömək edir
-
Saleh Müslüm
Suriya kürdlərinin Demokratik Birlik Partiyasının(PYD) həmsədri Türkiyənin İŞİD-i himayə etməsi barədə sənədlərin olduğunu iddia edib.
İSNA xəbər agentliyinin verdiyi məlumata görə, PYD lideri Saleh Müslüm Türkiyənin İŞİD-ə yardım etməsi barədə danılmaz faktların olduğunu iddia edib.
PYD liderinin iddiasına görə Türkiyə Suriya dövlətinə və kürdlərə zərbə vurmaq üçün İŞİD-i himayə edir.
Salih Müslümün bu iddialarına rəğmən Türkiyə ordusu Suriyanın şimalına daxil olaraq, İŞİD-in nəzarəti altında olan məntəqələrdə hərbi əməliyyatlara başlayıb. Bu əməliyyatlar zamanı İŞİD-in nəzarəti altında olan Cerablus şəhəri və bir neçə ətraf kənd terrorçulardan azad edilib.
Bəzi mənbələr bundan öncə terrorçuların Suriyaya keçmək üçün Türkiyə sərhədlərindən istifadə etdiklərini bildirmişdilər.