Sen 03, 2016 10:41 Asia/Baku
  • İŞİD-in İraq xalqına qarşı cinayətləri davam edir
    İŞİD-in İraq xalqına qarşı cinayətləri davam edir

İŞİD terror qrupu İraqın qərbindəki yaşayış massivlərini mərmi atəşinə tutubdur.

Sputnik xəbər agentliyinin məlumatına görə, iraqlı mənbələr bildiriblər ki, İŞİD terror qrupunun üzvləri İraqın qərbində yerləşən Ələnbar vilayətinin Hit şəhərində bir yaşayış massivini mərmi atəşinə tutublar. Nəticədə üç iraqlı qadın ölüb, iki uşaq da yaralanıbdır.

İki gün bundan öncə də İŞİD terrorçularının Hitin mərkəzində yerləşən Ələmal məntəqəsinə qarşı mərmi hücumunda bir qadın və uç uşaq həlak olmuş, beş nəfər də yaralanmışdı.

İŞİD terror qrupu İraqın şimal məntəqələrinin əhalisindən də insan sipəri kimi istifadə və indiyədək çoxlu sayda iraqlı mülkini puç bəhanələrlə edam edibdir.

Son aylarda İraqın ordusu və xalq qüvvələrindən böyük xəsarət və tələfat almış terrorçular bu məğlubiyyətin əvəzini çıxaraq, İraq xalqını bu ölkə dövlətinə bədbin etmək üçün iraqlılara qarşı kor-koranə hücum və edamlara əl atıblar.

Teqlər