Raməllahda fələstinli əsirlərə dəstək aksiyası
-
Fələstinli əsirlərə dəstək aksiyası
İordan çayının qərb sahilində Raməllah, Beyt Ləhm, Qəlqilya və əl-Xəlil şəhərləri fələstinli əsirlərlə həmrəylik üçün aksiyaların şahidi olub.
Əl-Məyadin telekanalının məlumatına görə, bir qrup fələstinli Raməllahda Qızıl Xaç Komitəsinin ofisi qarşısına toplaşaraq iki fələstinli qardaş, yəni Məhəmməd və Mahmud əl-Bəlbülün dərhal azad olunmasını tələb edib. Belə ki, bu iki fələstinli qardaşın səhhəti davamlı şəkildə aclıq aksiyası keçirdiyinə görə ağırlamışdır. Məhəmməd əl-Bəlbül Fələstin Özünüidarə Təşkilatının qüvvələrindəndir ki, həbs olunmuşdur.
Fələstin Özünüidarə Təşkilatının təhlükəsizlik qurumlarının sözçüsü ordu generalı Adnan əl-Zəmiri əl-Məyadinə deyib: Bizim hamımız bu zülm qarşısında dayanmalı və "idarə həbsi" qərarına əsasən həbs olunan əsirləri müdafiə etmək üçün birləşməliyik.
Raməllah, Beyt-Ləhm, əl-Xəlil və Qəlqilyada keçirilən aksiyalarda iştirakçılar beynəlxalq ictimaiyyəti və fələstinli əsirlərin həyatını təhlükəyə atan İsrail rejiminin inadkarlığını pisləyiblər. İsrail prokurorluğu Məhəmməd və Mahmud əl-Bəlbül qardaşlarının həbsini təxirə salıb, lakin onu ləğv etməyib.
Bu iki qardaşın anası Səna əl-Bəlbül əl-Məyadin müxbirinə deyib: İşğalçılara deyirəm ki, biz məğlub olmayacağıq. Övladlarım təslim olmayacaqlar. Bizim qələbə və ya şəhidlikdən başqa yolumuz yoxdur. Övladlarıma deyirəm ki, sizin məğlubiyyətinizlə əlaqədar heç bir həll yolu barəsində müzakirə aparmayın. Siz başıuca olacaqsınız.
İsrail rejiminin təhlükəsizlik qurumları Mahmud və Məhəmməd əl-Bəlbül qardaşlarının atasını 2008-də terror ediblər.