Sen 21, 2016 20:22 Asia/Baku
  • İraqın Hədisə məntəqəsi İŞİD-in işğalından azad edildi
    İraqın Hədisə məntəqəsi İŞİD-in işğalından azad edildi

İraqın hərbi mənbələri Hədisə məntəqəsinin İŞİD-in işğalından azad edilməsindən xəbər veriblər.

İraqın Süməriyə Nyus informasiya portalının verdiyi məlumata görə, İraq ordusu və xalq qüvvələri çərşənbə günü Anbar vilayətində yerləşən Hədisə məntəqəsini tam şəkildə İŞİD-in işğalından azad ediblər. 

Bu məlumata görə, İraq ordusu və xalq qüvvələri Əl-Bağdadi məntəqəsində də 3 kəndi İŞİD-in işğalından azad ediblər. 

Əl-Bağdadi Anbar əyalətinin mərkəzi olan Rəmadi şəhərinin 90 kilometrliyində yerləşir. 

Bağdadi və Hədisə məntəqələrinin azad edilməsi əməliyyatında 7-ci briqada, Cəzirə əməliyyat qüvvələri, xalq qüvvələri, İraq ordusunun hava qüvvələri iştirak ediblər. 

Anbar əyalətinin bir çox məntəqəsi o cümlədən Rəmadi, Xalidiyə, Fəllucə, Əlkərəmə və Səqlaviyə  ötən aylar ərzində İŞİD-in işğalından azad edilib. 

Teqlər