Ali-Xəlifə bu həftə də şiələrin cümə namazının keçirilməsinə mane olub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i236357-ali_xəlifə_bu_həftə_də_şiələrin_cümə_namazının_keçirilməsinə_mane_olub
Ali-Xəlifə qüvvələri bu həftə də Manamanın ətrafında yerləşən İmam Sadiq(ə) məscidində şiələrin cümə namazının keçirilməsinə mane olublar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 24, 2016 07:09 Asia/Baku
  • Ali-Xəlifə bu həftə də şiələrin cümə namazının keçirilməsinə mane olub
    Ali-Xəlifə bu həftə də şiələrin cümə namazının keçirilməsinə mane olub

Ali-Xəlifə qüvvələri bu həftə də Manamanın ətrafında yerləşən İmam Sadiq(ə) məscidində şiələrin cümə namazının keçirilməsinə mane olublar.

ISNA-nın Məratul-Bəhreyn internet portalına istinadlı məlumatına görə. Ali-Xəlifənin təhlükəsizlik qüvvələri cümə günü də İmam Sadiq(ə) məscidinin imam camaatının və bəzi namazqılanların bu məscidə gəlib çatmalarına mane olublar və namazqılanlar öz namazlarını fərdi şəkildə qılmağa məcbur olublar.

Bəhreynin təhlükəsizlik orqanı həmçinin İmam Sadiq(ə) məscidinin cümə namazında iştirak üçün Əldiraz məntəqəsinə yola düşmüş vətəndaşların bir neçəsini həbs edib.

Ayətullah İsa Qasimin mənzilinin yerləşdiyi Əldiraz məntəqəsi üç aya yaxındır ki, Ali-Xəlifə qüvvələri tərəfindən mühasirə olunub və orada şiələrin cümə namazının qılınmasına maneçilik törədilir.