Nahiz Həttərin karikaturası İŞİD-ə qarşı olub
-
Nahiz Həttər
Dünən İordaniyanın paytaxtı Əmmanda terror edilən iordaniyalı yazıçı Nahiz Həttər Suriya dövlətinin tərəfdarlarından idi. O, son zamanlar sosial şəbəkələrdə təkfirçi terrorçularla bağlı karikatura yayımlamışdı.
Frans 24 informasiya kanalının verdiyi məlumata görə, Bu iordaniyalı yazıçının adı Nahiz Həttər imiş. O, sosial şəbəkələrdə İŞİD əleyhinə karikatura paylaşmışdı. Amma, iordaniyalı mühafizəkarlar bu karikaturanın İslam əleyhinə olduğunu bildirmişdilər.
Nahiz Həttər yazdığı əsərlər ilə yox, daha çox siyasi fəaliyyətinə görə məşhurlaşmışdı. Həttər Suriya prezidenti Bəşşar Əsədin tərəfdarlarından idi. O, 13 sentyabrda sosial şəbəkələrdə İŞİD haqda karikatura paylaşmasına görə dini təhqir etməkdə ittiham edilərək, həbs olunmuşdu. Bu karikaturada İŞİD terrorçularının cihadla bağlı düşüncələri qınağa tuş gəlib.