Mövlud Çavuşoğlu: Suriya kürdlərinin silahlandırılması təhlükəli bir oyundur
Sen 26, 2016 13:00 Asia/Baku
Türkiyə xarici işlər naziri Vaşinqtonun Suriya kürdlərini silahlandırmaq qərarına gəlməsini təhlükəli və qəbul edilməz addım adlandırıb.
Əl-Aləm kanalının verdiyi məlumata görə, Mövlud Çavuşoğlu Amerikanın Türkiyə əleyhinə terror hücumları həyata keçirmiş bir terror şəbəkəsi ilə əməkdaşlıq etdiyini deyərək, bundan təəssüfləndiyini bildirib.
Çavuşoğlu Suriya kürdlərinin silahlandırılmasını son dərəcə təhlükəli oyun adlandırıb və deyib: Bu qüvvələrə verilən silahlar İŞİD və digər terrorçu qruplaşmaların ixtiyarına verilmiş olacaq.