Qüds İntifazəsinin bir ili tamam oldu
-
Qüds İntifazəsinin bir ili tamam oldu
Fələstinli Əsirlər Araşdırmalar Mərkəzi Qüds İntifazəsinin bir illiyi münasibəti ilə sionist rejimin fələstinlilərə qarşı cinayətləri ilə bağlı yeni statistikanı açıqlayıb.
İRNA-nın məlumatına görə, Fələstinli Əsirlər Araşdırmalar Mərkəzi bildirib: Sionist rejim Qüds intifazəsinin əvvəlindən indiyə qədər 8 mindən çox fələstinlini əsir götürüb. Onların iki min 155 nəfəri uşaq və ya yeniyetmədir.
Məlumata görə, əsirlərin 270 nəfəri qadın və qızlardır. 250 fələstinli də kütləvi ictimai şəbəkələrdə, o cümlədən Facebook-da sionistlər əleyhinə təhrik ittihamı ilə həbs olunub.
Həmçinin Qüds İntifazəsi dövründə yaşı 60-dan yuxarı olan şəxslərin həbsi ilə əlaqədar 110 hal qeydə alınıb. Onların əksəriyyəti əl-Əqsa Məscidini himayət etmək ittihamı ilə həbs olunub.
Fələstinli Əsirlər Araşdırmalar Mərkəzi əlavə edib: Sionistlər ötən bir ildə 23 universitet müəllimi, bəzilərinin əlil arabasından istifadə etdiyi 190 əlil və xəstəni və 79 jurnalisti həbs ediblər.
Bu mərkəzin elan etdiyi statistikada 240 fələstinlinin şəhid olması öz əksini tapıb.