Okt 03, 2016 16:31 Asia/Baku
  • Ali-Xəlifə rejimi şiələrə qarşı repressiyalarını davam etdirir
    Ali-Xəlifə rejimi şiələrə qarşı repressiyalarını davam etdirir

Ali-Xəlifə rejiminin muzdluları Bəhreyndə aşura simvollarına hücum ediblər.

Manama Post internet portalının verdiyi məlumata görə, Ali-Xəlifə rejiminin muzdluları şiələrin 3-cü imamı Əba Əbdüllahəl-Hüseynə (ə) matəm günlərinin gəlib çatması ilə ölkənin bəzi bölgələrində Aşura simvollarına hücum edib və etirazçılarla toqquşublar . 

Eyni zamanda Bəhreyn insan haqları klubu rejimin bu hərəkətinə reaksiya olaraq, Aşura simvollarına hörmətsizliyi pisləyib. Həmin klub vətəndaşlar arasında qorxu atmosferinin yaradılmasını qınayaraq bildirib: Bəhreyn şiələrinin müqəddəslərinə hücum insan haqları və dini azadlıqlara zidd hərəkətdir. 

Ali-Xəlifə rejimi Bəhreyn xalqı, xüsusi ilə şiələrə qarşı repressiyalar həyata keçirir, öz qərarlarını qəbul etdirməyə cəhd göstərir, lakin xalq müqaviməti ilə üz-üzə durur. 

Teqlər