İşğalçı rejim əl-Xəlildə təhlükəsizlik tədbirlərini gücləndirib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i238118-İşğalçı_rejim_əl_xəlildə_təhlükəsizlik_tədbirlərini_gücləndirib
Əl-Xəlildə işğalçı rejimin güclü təhlükəsizlik tədbirləri bu bölgəni fələstinlilər üçün həbsxanaya çevirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 05, 2016 07:31 Asia/Baku
  • İşğalçı rejim əl-Xəlildə təhlükəsizlik tədbirlərini gücləndirib
    İşğalçı rejim əl-Xəlildə təhlükəsizlik tədbirlərini gücləndirib

Əl-Xəlildə işğalçı rejimin güclü təhlükəsizlik tədbirləri bu bölgəni fələstinlilər üçün həbsxanaya çevirib.

Əl-Aləm televiziyası əl-Xəlildən hazırladığı reportajda bildirib: Yəhudilərin yeni il bayramı işğalçı rejimin təhlükəsizlik bəhanələri ilə İordan çayının qərb sahilini iflic vəziyyətə salıb. Əl-Xəlil yaxınlığında Beyt Ümmər şəhəri bu günlərdə çoxlu təzyiqlərlə üzləşən yüzlərlə Fələstin şəhərlərindən biridir. Bu şəhərin girişində İsrailin nəzarət qülləsi görünür. Belə ki, şəhərə giriş-çıxış İsrail başçılarının göstərişi ilə həyata keçirilsin. Eyni zamanda şəhərin girişlərində sement blokların qoyulması keçid imkanını çox çətinləşdirib. Bu da, bu şəhəri daha çox həbsxanaya bənzədir. Beyt Ümmər şəhərinin 17 min əhalisi vardır. Lakin dəfələrlə və bəhanələrlə İsrail rejiminin mühasirəsinə düşüb və şəhərdə həyat iflic vəziyyətindədir. 

Beyt Ümmər şəhərinin meri Məhəmməd Əbu Əyyaş deyir: Şəhər mühasirəyə alınıb. Məktəbli, işçi, xəstə, iş adamı, əkinçi və sex sahiblərinin şəhərdən kənarla əlaqə saxlamağa icazəsi yoxdur. Halbuki vətəndaşların fəaliyyəti onların təbii haqqıdır.