Yəmən xalqı intiqamı tələb edir
Okt 10, 2016 11:55 Asia/Baku
-
Yəmən xalqı intiqamı tələb edir
Yəmən vətəndaşları bazar günü paytaxt Sənada irimiqyaslı aksiya keçirərək səudiyyəli təcavüzkar qırıcıların Sənada yas mərasimini bombardman etməsini pisləyiblər.
Yəmən vətəndaşları bu aksiyada Amerikaya ölüm şüarını səsləndirib və səudiyyəlilərin Yəməndəki cinayətlərinin əsas səbəbkarını Amerika hökuməti adlandırıblar.
Yəmənlilərin əllərində olan plakatlardan birində belə yazılıb: "Yas mərasiminin bombalanması səudiyyəli ünsürlərin törətdiyi amerikalı-sionist cinayətdir.
Yəmənlilər həmçinin şüarlar səsləndirərək günahsız insanların intiqamının alınmasını tələb ediblər.
Səudiyyəlilərin Sənada törətdiyi cinayətdə həlak olanların sayı 458 nəfərə, yaralıların sayı isə 356 nəfərə çatıb və tələfatın artmasının ehtimalı vardır.