Okt 21, 2016 18:23 Asia/Baku
  • Kamal Qılıçdaroğlu
    Kamal Qılıçdaroğlu

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının sədri Türkiyə dövləti ilə Səudiyyə Ərəbistanı arasında münasibətlərin genişləndirilməsini Türkiyənin milli təhlükəsizliyi üçün təhdid adlandırıb.

İRİB-nin verdiyi məlumata görə, Kamal Qılıçdaroğlu bu gün Ankara ilə Ər-Rəyad arasında bir çox daxili və xarici məsələlərdə mürəkkəb və yaxın əlaqələr barədə xəbərdarlıq edərək deyib: Ali-Səud rejiminin Suriya və İraqdakı təhlükəli tayfa siyasətlərinin nəticələri artıq göz qabağındadır. 

Qılıçdaroğlu həmçinin Türkiyədə dövlət qurumlarının prezident Rəcəb Təyyib Ərdoğanın müxaliflərindən təmizlənilməsi prossesinə toxunaraq deyib: Ərdoğan özünün təhlükəli müstəbid siyasətləri ilə, Türkiyəni Səudiyyə Ərəbistanına bənzətmək istəyir. 

Qeyd edək ki, Türkiyə və Səudiyyə Ərəbistanı bəzi digər Ərəb və qərb dövlətləri ilə birlikdə son illər ərzində İŞİD kimi terrorçu qruplara dəstək siyasəti ilə regionda müharibənin alovlanması və təhlükəsizliyin pozulmasına səbəb olublar. 

Teqlər