İŞİD-in maliyyə başçısı aradan çıxıb
Okt 26, 2016 11:41 Asia/Baku
-
İŞİD-in maliyyə başçısı aradan çıxıb
Təkfirçi-sionist İŞİD qrupunun maliyyə başçısı milyonlarla dollar pul və bu terrorçu qrupa kamikadze qadınların cəlb edilməsi üzrə fəaliyyət göstərən Alman bir qadınla birlikdə Mosulun azad edilməsi əməliyyatı ərəfəsində aradan çıxaraq qaçıb.
Əl-Aləm telekanalının verdiyi məlumata görə, İraqın Neynəva vilayətindəki yerli mənbələr bildiriblər ki, Əbu Mötəz Əl-Qəhtani ləqəbi ilə tanınan İŞİD-in mühasibat başçısı kamikadze qadınların İŞİD-ə cəlb edilməsi əməliyyatının başçısı olan Alman bir qadınla birlikdə böyük məbləğdə pul götürərək aradan çıxıblar. Yerli qaynalar bildiriblər ki, artıq İŞİD-çilər Mosulun azad ediləcəyinin vaxtının gəlib çatdığını inanır və başçıların qoyub-qaçması bu reallığı əks etdirir.