Modabaz terrorçular
-
Şık geyimli 3 terrorçu kamikadze öldürülüb
İŞİD terrorçuları İraqdakı yoxlama buraxılış məntəqələrindən keçmək üçün yeni metoda əl ataraq, təhlükəsizlik qüvvələri şübhələnməsinlər deyə, onların qarşısına şık geyimlərdə çıxırlar.
Süməriyə Nyus yazır: İraqın könüllü xalq qüvvələri komandanlarından olan Ədi Xədranın dediyinə görə, İŞİD son zamanlar terrorçu kamikadzelərinin şübhə doğurmamaları üçün yeni üsullara əl atıb. Belə ki, terrorçu kamikadzelər şık geyimlərdən istifadə edir və saçlarını qısa kəsdirirlər. Bununla da təhlükəsizlik qüvvələrində heç bir şəkk və şübhə oyatmadan yoxlama buraxılış məntəqələrindən keçməyi planlaşdırırlar.
O həmçinin deyir: Bəqubənin şimalında, Qaratəpə adlı məntəqənin yaxınlığında bir yoxlama buraxılış məntəqəsində öldürülən terrorçu kamikadze şık geyimli bir gənc idi. O, Qaratəpə yoxlama buraxılış məntəqəsindən keçməyə çalışsa da, təhlükəsizlik qüvvələri tərəfindən öldürüldü.
Xədran əlavə edib: Cari ildə Diyalə əyalətində şık geyimli 3 terrorçu kamikadze öldürülüb.