Londonda Bəhreyn kralına hücum
Okt 27, 2016 16:30 Asia/Baku
Londonda baş nazirlik binası qarşısında nümayişçilər Bəhreyn kralını daşıyan avtomobilə hücum ediblər
Daily mail qəzetinin bildirdiyinə görə, nümayişçilərin içərisindən naməlum bir kişi Bəhreyn kralı Həmd Bin İsa Ali-Xlifəni daşıyan avtomobilə hücum edib, avtomobilin şüşələrinə zərbə endirmək istəyib.
Dərhal polis müdaxilə edərək kişini həbs edib. Hələlik polisin aksiyaçılardan neçəsini həbs etdiyi bəlli deyil.
Başqa bir kişi də Kralın avtomobilinə yaxınlaşıb ancaq onu polis durdurub.
Çərşənbə axşamı günü Britaniya kraliçası ilə görüşmüş Bəhreyn kralı Məlik Həmd dünən də bu ölkənin baş naziri Teresa Mey ilə görüşüb.