"İsrail"lə YUNESKO arasında gərginlik artır
-
"İsrail"lə YUNESKO arasında gərginlik artır
YUNESKO tərəfindən Qüds-Şərifdə Fələstinin mədəni irsinin qorunması üzrə qətnamənin təsdiqlənməsindən sonra, İsrail rejimi bu qətnaməyə etiraz əlaməti olaraq öz səfirini geri çağırıb.
Sionist rejim baş naziri Benyamin Netanyahu deyib: Səfiri məsləhət və fikir mübadiləsi üçün geri çağırıb ki, növbəti addım barəsində qərar verilsin.
Təhsil, Elm və Mədəniyyət Təşkilatı YUNESKO 1946-cı ildə təsis olunub və BMT-nin qeyri-siyasi və xüsusi qurumlarından biri hesab olunur. Dünyanın mədəni irsinin qorunması və gücləndirilməsi YUNESKO-nun əsas vəzifəsidir.
YUNESKO-nun 21 üzv ölkədən ibarət mədəni irs komitəsi 26 oktyabr iclasında sionist rejim lobbisinin təzyiqinə baxmayaraq, Qüds-Şərifdə fələstinlilərin mədəni irsinin qorunması üzrə daha bir qətnamə təsdiqləyib. Bu qətnamə Küveyt, Livan və Tunis tərəfindən təklif olunub.
Bu qətnaməyə əsasən, yəhudilərin əl-Əqsa məscidi ilə əlaqəsi rədd olunub və əl-Əqsa məscidi müsəlmanlara aid ibadət məkanı və onlar üçün nəzərdə tutulur. Eyni zamanda qeyd olunan qətnamə sionist rejimin əl-Əqsa məscidi ətrafındakı hərəkətlərini "qəsdən məhv etmə" adlandırıb.